24 avqust 2012 13:03

Berti Foqts yeni tsikl üçün 30 futbolçu seçdi

Futbol üzrə Azərbaycan millisinin 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi ilk oyunlar üçün heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Berti Foqts qarşıdakı iki oyun üçün 30 futbolçuya dəvət göndərib.
 
Alman çalışdırıcı 15-də Bəhreynlə keçirilən yoldaşlıq oyununa dəvət alan 21 futbolçunun hamısını yenidən yığmaya çağırıb. Onlardan başqa daha 9 futbolçu Foqtsun siyahısına düşüb. Aqil Məmmədov, Andrey Popoviç, Nodar Məmmədov, Arif Daşdəmirov, Aqil Nəbiyev, Bədavi Hüseynov, Mahir Şükürov, Nizami Hacıyev və Elvin Məmmədov yenidən yığmaya dəvət alıb.
 
30 futbolçudan 6-sı legionerdi. Belə ki, Foqts Türkiyənin “Eskişehirspor”, “Erciyesspor”, “Adana Demirspor”, Rusiyanın “Anji”, Almaniyanın “Hannover” və İspaniyanın “Elche” klublarının üzvlərinə dəvət göndərib.
 
Lakin bu, hələlik ilkin heyətdi. Güman ki, Bakıdakı təlim-məşq toplanışının gedişində Foqts bəzi futbolçuları millidən uzaqlaşdıracaq və yekun heyəti İsraillə oyun öncəsi açıqlayacaq.
 
Qeyd edək ki, sentyabrın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda İsraili qəbul edəcək milli 4 gün sonra Braqada Portuqaliyanın qonağı olacaq.
 
Qapıçılar: Kamran Ağayev (Xəzər Lənkəran), Anar Nəzirov (Qəbələ), Aqil Məmmədov (Bakı), Andrey Popoviç (Turan);
 
Müdafiəçilər: Rəşad Sadıqov, Maksim Medvedev (hər ikisi “Qarabağ”), Vurğun Hüseynov, Nodar Məmmədov (hər ikisi “Qəbələ”), Elnur Allahverdiyev, Ruslan Abışov (hər ikisi “Xəzər Lənkəran”), Vladimir Levin (İnter), Aqil Nəbiyev (AZAL), Arif Daşdəmirov (İnter), Bədavi Hüseynov (Anji, Rusiya), Ufuk Budak (Eskişehirspor, Türkiyə), Ali Gökdemir (Hannover, Almaniya), Mahir Şükürov (Neftçi);
 
Yarımmüdafiəçilər: Aleksandr Çertoqanov (Qəbələ), Rahid Əmirquliyev (Xəzər Lənkəran), Elvin Məmmədov (Bakı), Əfran İsmayılov (Qarabağ), Nizami Hacıyev (İnter), Cavid Hüseynov (Adana Demirspor, Türkiyə), Rizvan Umarov (Elche, İspaniya);
 
Hücumçular: Vüqar Nadirov, Rauf Əliyev, Vaqif Cavadov (hamısı “Qarabağ”), Branimir Subaşiç (Xəzər Lənkəran), Ruslan Qurbanov (Sumqayıt), Cihan Özkara (Erciyesspor, Türkiyə).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.