24 avqust 2012 13:47
Qurbanovun köməkçiləri bəlli oldu
“Kəpəz”in yeni baş məşqçisi Mahmud Qurbanov bu klubdakı köməkçilərini müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, ona qərb təmsilçisində 3 məşqçi yardımçı olacaq.
Bunlar Mehman Hacıyev, Nəriman Əliyev və Xaliq Qafarovdu. Qafarov qapıçılarla işləyən məşqçidi.
Qeyd edək ki, Mahmud Qurbanov və köməkçilərinin “Kəpəz”dəki ilk sınağı avqustun 26-da “Bakı”ya qarşı olacaq.
