24 avqust 2012 13:38

3-cü dueldə 3-cü qələbəyə doğru

Premyer Liqanın IV turunda “Qəbələ”nin rəqibi “Sumqayıt” olacaq. Azerisport.az xəbər verir ki, güclülər dəstəsində ötən mövsüm debet edən “Gənclik şəhəri” təmsilçisi ilk dəfə “Qəbələ”nin qarşısına indiki adı altında çıxacaq. Belə ki, ötən mövsümün gedişində adını dəyişən rəqib “Qəbələ” ilə qarşılaşdığı vaxt hələ “Sumqayıt Şəhər” adlanırdı.
 
Bu komanda ilə artıq 2 dəfə görüşən “Qəbələ” rəqibinə xal verməyib. Hər 2 matçda rəqibindən üstün olan bölgə təmsilçisi səfərdə 2:1, evdə isə 3:1 hesabı ilə qalib gəlib. Göründüyü kimi bu matçlarda tərəflərdən heç biri qapısını toxunulmaz saxlaya bilməyib. “Sumqayıt” hər dəfə 1 qolla kifayətlənibsə, daha məhsuldar olan “Qəbələ” qələbələri sıralayıb.
 
Maraqlıdır ki, hər 2 matçın ilk hissəsində 2 qol vurulub. Əvvəlki qarşılaşmada fasiləyədək görüşün taleyini həll edən “Qəbələ” yalnız oyunun sonlarında qol buraxıb. Ev oyununda isə hesabı açan “Qəbələ” fasiləyədək bərabərliyi təmin edən qonaqların müqavimətini 2-ci yarıda 2 qolla qırıb.
 
Bu oyunların qəhrəmanı isə Dodo olub. Hər 2 oyunda fərqlənən legioner futbolçu Sumqayıtda hesabı açmaqla qələbədə pay sahibi olub. 2-ci dövrədə isə hesab 1:1 olarkən səhnəyə çıxan braziliyalı komandasını önə çıxarıb.
 
2011/12 14.08.2011 Premyer Liqa Sumqayıt Şəhər - Qəbələ 1:2
2011/12 04.12.2011 Premyer Liqa Qəbələ - Sumqayıt Şəhər 3:1

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.