24 avqust 2012 14:25
Cavid İmamverdiyev: Biz APOEL-dən bir baş üstün idik
“Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyev Avropa Liqasının pley-off mərhələsinin Kipr APOEL-i ilə ilk oyunundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Oyun haqda nə deyə bilərsiz?
- Komanda yaxşı oyun keçirdi. İlk dəqiqələrdən üstünlüyə yiyələndik. Əminəm ki, rəqib heç bunu gözləmirdi. Qələbə qazanmaq üçün hər şeyi etdik. Bircə səhvə yol verdik ki, bu da rəqibin hesabı bərabərləşdirməsi üçün yetərli oldu. Halbuki, biz qələbəyə layiq idik.

- Deməli, nəticəni oyuna görə hesab etmirsiz?
- Əlbəttə. Nəticə 90 dəqiqə meydanda sərgilənən oyunu əks etdirmir. Bu komandanı çox tərifləyirdilər. Amma gördüyünüz kimi, onlarla oynamaq olar. Hələ birinci hissədə onların qapısına iki qol vura bilərdik.

- “Neftçi” ikinci hissəyə daha aqressiv başladı. Bu, nə ilə bağlıdı?
- Niyə elə başladığımızı bilmirəm. Amma diqqət yetirdinizsə, bu, sadəcə 15-20 dəqiqə çəkdi. Ondan sonra yenidən hücumlar etməyə başladıq. Nəticədə penalti vurmaq hüququ da qazandıq. Təəssüf ki, üstünlüyümüzü sona kimi qoruya bilmədik.

- Bu, konsentrasiyanın itirilməsi ilə bağlı idi?
- Bu, futboldu. Belə hallar da olur. Hesabı hətta sona 10 saniyə qalmış da dəyişmək olar. Mən buna görə komandanı günahlandırmaq istəməzdim.

- “Neftçi” bu komandanı keçə bilər?
- Birinci oyun göstərdi ki, bu, mümkündü. Mən hətta deyərdim ki, biz Kipr klubundan bir baş üstün idik. Ümid edirəm ki, səfərdə bizim bəxtimiz gərirəcək. Belə rəqibi keçmək lazımdı.

- Sizcə, APOEL evdə də belə oynayacaq?
- Əlbəttə, rəqib daha çox hücum edəcək. Biz bunu yaxşı başa düşürük. Elə buna görə də biz ilk oyunda qol buraxmadan qələbə qazanmaq istəyirdik. Nə etmək olar? Çalışacağıq ki, ilk oyunda bacarmadığımızı Nikosiyada həyata keçirək. Biz hər şeyə hazırıq.