24 avqust 2012 14:34
AFFA yeni turnir keçirməyə hazırlaşır
Gənclər və İdman Nazirliyinin, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, Azərbaycan Çimərlik Futbolu Federasiyasının, “İrəli” İctimai Birliyi (İB) idman mərkəzinin və “NIKE” şirkətinin birgə təşkilatçılığı ilə qadınlar arasında çimərlik futbolu üzrə ilk “Xəzər kuboku” turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, turnirin məqsədi sağlam həyat tərzinin təbliğindən və FİFA U-17 Qadınlararası Dünya Çempionatı ərəfəsində qadın futboluna dəstək nümayiş etdirməkdən ibarətdi.
Sentyabrın 11-dən başlayacaq turnirdə gənclər təşkilatlarından və özəl qurumlardan 8 komanda iştirak edəcək.
Qaliblər kubok və hədiyyələrlə təltif olunacaqlar.
