24 avqust 2012 14:45
APOEL - Neftçi matçına 14 min bilet satılıb
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi” ilə Kipr APOEL-i arasındakı cavab matçının bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, artıq oyuna 14 mindən çox bilet satılıb.
Kipr mətbuatının yazdığına görə, bu göstərici oyun gününə qədər daha da artacaq. Onlar hətta bu matçda anşlaq olmasını da istisna etmirlər. Qarşılaşmanın oynanılacağı GSP Arena 23 min azarkeş tutumuna malikdi. Kiprlilər isə ən azı 20 min bilet satılacağına əmindilər.
Qeyd edək ki, “Neftçi” ilə APOEL arasındakı ilk oyun 1:1 hesabıyla başa çatıb. Cavab qarşılaşması isə avqustun 30-da Nikosiyada oynanılacaq və saat 22:00-da başlayacaq.
