24 avqust 2012 14:58
Simurq ölkə xaricində təlim-məşq toplanışına gedir
“Simurq” futbol üzrə Azərbaycan yığmasının DÇ-2014-ün seçmə mərhələsindəki oyunları və təlim-məşq toplanışı ilə əlaqədar Premyer Liqamızda yaranacaq fasilədən maksimum yararlanmağa hazırlaşır. Azerisport.az xəbər verir ki, Zaqatala klubu ölkə xaricinə təlim-məşq toplanışına getməyi planlaşdırır.
Belə ki, Gerogi Çixradze komandasını vətəni Gürcüstana aparır. “Simurq” qonşu ölkədə 10 gün hazırlıq keçəcək. Bu müddətdə komandanın iki yoxlama matçı keçirməsi də gözlənilir.
