24 avqust 2012 02:14
Böyükağa Hacıyev: Şanslar hələ də bərabərdi
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Kiprin APOEL klubuna qarşı keçirdikləri ilk oyun barədə fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Bakıda baş tutan və 1:1 bitən qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Baxımlı oyun alındı. Biz öz potensialımızı sərgiləməyə çalışdıq. Amma bu, qələbə üçün yetərli olmadı. Hakimlik? Təəssüf ki, mübahisəli epizodların heç biri bizim xeyrimizə olmadı. Hər şeyə rəğmən, cavab oyununda uduzmağa hazırlaşmırıq. Hesab edirəm ki, şanslar hələ də bərabərdi. Rəşad Sadiqova gəlincə, onun pis oyunçu oynadığını deməzdim”.
Qeyd edək ki, “Neftçi” ilə APOEL arasındakı cavab qarşılaşması avqustun 30-da Nikosiyada oynanılacaq və saat 22:00-da başlayacaq.
