24 avqust 2012 02:31
İvan Yovanoviç: 1:1 bizi tam qane edir
Kiprin APOEL klununun baş məşqçisi İvan Yovanoviç UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirdikləri ilk oyunla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Bakıda baş tutan və 1:1 bitən qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Komandamız süni örtüklü meydanda oynamağa hazır deyildi. Amma mən, bunu özümüzə bəraət qazandırmaq üçün demirəm. Həm də “Neftçi”nin oyununa kölgə salmaq fikrim yoxdu. Çünki rəqibimiz həqiqətən yaxşı oynadı. Çox ürəklə oynayırdılar. Biz mərhələ adlamaq üçün, daha yaxşı oynamağa məcburuq. Hər halda ilk oyunun nəticəsi bizi tam qane edir”.
Qeyd edək ki, “Neftçi” ilə APOEL arasındakı cavab qarşılaşması avqustun 30-da Nikosiyada oynanılacaq və saat 22:00-da başlayacaq.
