24 avqust 2012 02:57
Mərkəzi oyun Məmmədova tapşırıldı
Futbol üzrə Azərbaycan Premyer Liqasının 4-cü turuna hakim təyinatları açıqlanıb. Azerisport.az xəbər verir ki, cümə günü keçiriləcək “Qarabağ” – “Rəvan oyununu Rauf Cabbarov idarə edəcək.
Şənbə günü baş tutacaq yeganə oyunda – “Turan” – “İnter” matçında Rəhim Həsənov fit çalacaq. Bazar günü keçiriləcək və turun mərkəzi oyunu sayılan AZAL – “Neftçi” qarşılaşması futzal üzrə FİFA referisi Elçin Məmmədova tapşırılıb. “Qəbələ” – “Sumqayıt” matçında Orxan Məmmədov, “Bakı” – “Kəpəz” oyununda isə ədaləti Elvin Əsgərov qoruyacaq.
Premyer Liqa
4-cü tur
24 avqust
Qarabağ – Rəvan
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Vaqif Musayev, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Murad Məmmədov.
“Dalğa Arena”. Saat 20:00.
25 avqust
Turan – İnter
Hakimlər: Rəhim Həsənov, Ramiz Əsədov, Elman Musayev, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Asim Xudiyev.
Tovuz şəhər stadionu. Saat 18:00.
26 avqust
Qəbələ – Sumqayıt
Hakimlər: Orxan Məmmədov, Rza Məmmədov, Azər Əsgərov, Əliyar Ağayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Gülağa Cabarov.
Qəbələ şəhər stadionu. Saat 19:00.
Bakı – Kəpəz
Hakimlər: Elvin Əsgərov, İlham Əliyev, Knyaz Əmiraslanov, Anar Salmanov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Fazil Mürşüdov.
“Bakı”nın təlim-məşq bazasının stadionu. Saat 20:00.
AZAL – Neftçi
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Elşən Acalov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-İnspektor: Əhmədağa Cabbarov.
Bakı. “AZAL Arena”. Saat 20:15.
