24 avqust 2012 03:32
“Neftçi bu mövsümdəki ən yaxşı oyununu sərgilədi”
“Neftçi”nin futbolçusu Erik Ramos UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Kiprin APOEL klubuna qarşı keçirdikləri ilk oyun barədə fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, Bakıda baş tutan və 1:1 bitən qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Belə bir matçı heç-heçə ilə başa vurmağımız çox üzücüdü. Çünki biz rəqibdən daha üstün idik. Bu mövsümdəki ən yaxşı oyunumuzu sərgilədik. Amma bu, qələbə üçün yetərli olmadı. Lakin bu, hələ son deyil. Qarşıda cavab oyunu da var”.
Qeyd edək ki, “Neftçi” ilə APOEL arasındakı cavab qarşılaşması avqustun 30-da Nikosiyada oynanılacaq və saat 22:00-da başlayacaq.
