24 avqust 2012 03:43
Xəzər Lənkəran təlim-məşq toplanışı üçün ölkə xaricinə gedir
“Xəzər Lənkəran” futbol üzrə Azərbaycan millisinin DÇ-2014-ün seçmə mərhələsindəki oyunlarına və 3 həftəlik təlim-məşq toplanışı səbəbindən Premyer Liqamızda yaranacaq fasilədən maksimum yararlanmaq niyyətindədi. Azerisport.az xəbər verir ki, Lənkəran klubu da 3 həftəlik fasilə müddətində ölkə xaricində təlim-məşq toplanışı keçəcək.
Artıq toplanışın yeri də məlumdu. “Xəzər Lənkəran” Kislovodsk şəhərində hazırlıq keçəcək. Toplanış 10 gün müddətində baş tutacaq. Bu müddət ərzinə Yunis Hüseynov yetirmələrini 2-3 sınaq matçında da yoxlamağı planlaşdırır.
