24 avqust 2012 15:56
Şahin Diniyev: Neftçi ən yaxşı oyununu sərgilədi
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Şahin Diniyev Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən “Neftçi” – APOEL (Kipr) oyunu (1:1) ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Etiraf etmək lazımdı ki, “Neftçi” rəqibindən daha yaxşı oynadı. Futbolçular qələbə qazanmaq istəyirdilər. Çoxlu qol epizodları yaratdılar. Bu, “ağ-qaralar”ın mövsümdəki ən yaxşı oyunu idi. Təcrübə isə rəqibin tərəfində idi. Onlar qolu da heç nədən vurdular. Amma şanslar qalır. APOEL “Neftçi”nin necə ciddi rəqib olduğunu gördü. Ona görə də kiprlilər evdə də ehtiyatlı oynamağa çalışacaqlar”.