24 avqust 2012 03:54
Kəpəz iki legionerindən imtina etdi
“Kəpəz”də yeni baş məşqçi Mahmud Qurbanovun gəlişindən sonra islahatlar gedir. Azerisport.az xəbər verir ki, Gəncə təmsilçisi daha iki futbolçusu ilə yollarını ayırıb.
Belə ki, bölgə təmsilçisi iki legionerə qapını göstərib. Baş məşqçi Mahmud Qurbanovun qərarı ilə gürcü legionerlər – Qoqa və İrakli Beraya qardaşları heyətdən kənarlaşdırılıb. Halbuki, hər iki futbolçu bu yay transfer olunmuşdu.
Qeyd edək ki, bundan əvvəl “Kəpəz” Lyubo Baraninlə yollarını ayırmışdı.
