24 avqust 2012 16:35
“Azərbaycan yığmasının aparıcı futbolçularını zərərsizləşdirmək lazımdı”
Futbol üzrə İsrail yığmasının baş məşqçisi Eli Qutman yerli jurnalistlərlə görüşüb və DÇ-2014-ün seçmə mərhələsinin startı ərəfəsində bir sıra suallara aydınlıq gətirib. Azerisport.az xəbər verir ki, o, sentyabrın 7-də Bakıda qarşılaşacaqları Azərbaycan millisi ilə oyun barədə öncə bunları dilə gətirib:
“Biz indi tam olaraq sentyabrın 7-də keçirəcəyimiz oyunu düşünürük. Bu oyunda qələbə qazanmaq bizim əsas hədəfimizdi. Futbolçularımız da qarşımıza qoyulan hədəfi yaxşı başa düşürlər. Tam dolu tribunalar qarşısında oynayacağıq. Amma mən uşaqların motivasiyasına inanıram. Azərbaycan yığmasında bir neçə aparıcı oyunçu var ki, onları zərərsizləşdirmək lazımdı. Bizim bu oyuna yaxşı hazırlaşmaq üçün də kifayət qədər vaxtımız var. Məşqlərdə həm taktiki, həm texniki, həm də mənəvi cəhətdən hazırlaşmaq lazımdı”.

Qutman komandanın yeni kapitanının kim olacağını da açıqlayıb: “Bundan sonra kapitan sarğısını Yossi Benayun daşıyacaq. O, bu sarğını təkcə peşəkarlığına görə yox, həm də insanlığına görə qazanıb. Biz gözəl bilirik ki, komandamızda ulduz futbolçu o qədər də çoх deyil. Ona görə də hər oyunda kollektiv futbol sərgiləməyimiz vacibdi”.
Qutman son dövrlər hamını təəccübləndirməkdə olan Tomer Hemedin çıxışına da toxunub: “Mən ona hazırda gözəl formada olduğunu bildirmişəm. O, mənə nədənsə Eran Zahavi ilə Najvan Qraibi xatırladır”.