24 avqust 2012 16:41
Xəzər Lənkəran təlim-məşq toplanışı üçün xaricə gedəsi olmadı
“Xəzər Lənkəran”ın futbol üzrə Azərbaycan millisinin oyunlarına görə Premyer Liqada yaranan fasilədən yararlanaraq, Rusiyanın Kislovodsk şəhərinə təlim-məşq toplanışına yollanacağını xəbər vermişdik. Azerisport.az xəbər verir ki, burda 2 həftəlik hazırlıq keçməli olan komanda 2 yoxlama oyununda qüvvəsini sınamalı idi.
Amma Lənkəran klubunun Kislovodsk səfəri baş tutmayıb. Bu barədə məlumatı saytımıza açıqlamasında “ağ-yaşıllar”ın baş məşqçisi Yunis Hüseynov verib:
“Bizə təklif olunan şərtlər və şərait məni qane etmədi. Qarşılaşacağımız rəqiblər də o qədər güclü kollektivlər deyildilər. Ona görə də vətəndə qalmağa üstünlük verdik. Bakı və Lənkəranda hazırlaşacağıq”.