24 avqust 2012 17:18
Masallıda futbol festivalı keçiriləcək
Masallıda FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin təbliğatı çərçivəsində “Live Your Goals” (Öz Məqsədini Yaşat) festivalı keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, tədbir avqustun 29-da, saat 18:00-da Masallı Olimpiya İdman Kompleksində baş tutacaq. Festival FIFA-nın bayrağı altında AFFA tərəfindən təşkil olunacaq.
