24 avqust 2012 17:26
Birinci divizionda yeni mövsümün püşkü atıldı (FOTO)
Bu gün futbol üzrə Azərbaycan birinci divizionunun püşkü atılıb. Azerisport.az xəbər verir ki, mərasim AFFA-nın inzibati binasında təşkil olunub.
Qeyd edək ki, aşağı liqanın yeni mövsümündə 13 klub iştirak edəcək. Bunlardan 11-i ötən il də birinci divizionda çıxış edib. Qalan ikisi isə debütantdı.
Tam siyahı belədi: “Qaradağ Lökbatan”, “Neftçala”, “Şahdağ”, “Bakılı”, “Lokomotiv”, “Şəmkir”, “Tərəqqi”, “Şuşa”, “Energetik”, MOİK, “Göyəzən”, “Ağsu”, “Qala”.
Püşkatmaya əsasən ilk turda komandalar aşağıdakı cütlüklərlə qarşılaşacaqlar:
Birinci divizion
1-ci tur
8-9 sentyabr
"Göyəzən" - "Şuşa"
"Şəmkir" - "Neftçala"
"Ağsu" - "Şahdağ"
"Energetik" - "Tərəqqi"
"Bakılı" - MOİK
"Lokomotiv" - "Qala"
Yeni mövsümdə 13 komanda iştirak etdiyindən püşkə əsasən "Qaradağ Lökbatan" ilk turda meydana çıxmayacaq.
