24 avqust 2012 18:01
Millimizin forvardı üçün yeni sponsor
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Cihan Özkaranın çıxış etdiyi Türkiyənin “Kayseri Erciyesspor” klubu 2012-2013 mövsümü öncəsi özünə yeni sponsor tapıb. Azerisport.az xəbər verir ki, növbəti mövsümdə bu komandaya ''Şahin Sucukları'' sponsorluq edəcək.
Qeyd edək ki, müqaviləyə əsasən komandanın formalarının üzərində məhz bu şirkətin loqosu və adı olacaq. Bu, həm ev, həm də səfər oyunlarındakı formalara aiddi.
Maraq üçün bildirək ki, “Kayseri Erciyesspor” PTT birinci liqada yeni mövsümə avqustun 26-da start verəcək. İlk turda bu komanda doğma meydanda “Ankaragücü” ilə üz-üzə gələcək. Elə “Şahin Sucukları”nın loqosu olan formaların təqdimatı da məhz bu oyuna təsadüf edəcək.
