24 avqust 2012 18:10
Qana millisinin futbolçusu Cavid Hüseynova komanda yoldaşı oldu
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Cavid Hüseynovun şərəfini qoruduğu Türkiyənin “Adana Demirspor” klubu mövsümün startına bir gün qalmış daha bir transfer həyata keçirib. Azerisport.az xəbər verir ki, Adana təmsilçisi Qana millisində çıxış edən Kərim Alhassanı sıralarına qatıb.
Bu gün onunla iki illik müqavilə imzalanıb. Stopper mövqeyində çıxış edən 21 yaşlı futbolçunun son klubu Misirin “Zamalek” komandası olub.
Maraq üçün qeyd edək ki, “Adana Demirspor” PTT birinci liqada yeni mövsümə sabah start verəcək. Bu komanda ilk oyununu elə hazırda təlim-məşq toplanışında olduğu Bolunu təmsil edən “Boluspor”a qarşı keçirəcək. Cavidin də bu görüşdə iştirakı istisna deyil.
