24 avqust 2012 18:22

PFL-dən çıxışını dayandıran klublarla bağlı açıqlama

Xəbər verdiyimiz kimi, bu gün AFFA-nın inzibati binasında  futbol üzrə Azərbaycan birinci divizionunun püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, klub nümayəndələri və jurnalistlərin iştirak etdiyi mərasimi çıxış nitqi ilə açan Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev tədbir iştirakçılarını salamladı:
 
“PFL-in prezidenti Ramin Musayev də tədbirimizdə iştirak edəcəkdi. Lakin bacısı bu gün vəfat etdiyindən tədbirimizə qatılmayacaq. Bu il birinci divizionda 13 komanda mübarizə aparacaq. Ötən çempionatın iştirakçılarından “Karvan”,  “Muğan” və “MKT-Araz” birinci divizionda çıxış etmələri ilə bağlı bizə heç bir məlumat vermədilər. Ancaq çempionatda iki yeni komanda mübarizə aparacaq. Bunlar Ağsu təmsilçisi “Ağsu” və Bakının “Qala” komandalarıdı. Çempionata sentyabrın 8-də start veriləcək. Klublardan xahiş edirik ki, avqustun 31-dək sifariş vərəqələrini təqdim etsinlər və futbolçularla bütün müqavilə məsələlərini yekunlaşdırsınlar. Sifariş vərəqəsində 30 futbolçu ola bilər. Birinci divizionda legioner limiti ötən mövsümdə olduğu kimi 7+4 qalır. Bildiyiniz kimi Premyer Liqada çıxış edən komandalarının heyətlərində meydançada ən azı bir 21 yaşdan aşağı futbolçu olmalıdı. Bu qayda birinci diviziona şamil olunmasa da, kubok oyunları zamanı birinci divizion komandalarının da heyətində ən azı bir 21 yaşdan aşağı futbolçu olmalıdı. Ötən mövsüm olduğu kimi birinci divizionun qalibi Premyer Liqaya yüksələcək, ikinci yerin sahibi isə Premyer Liqada 11-ci yeri tutan komanda ilə pley-off oyunu keçirəcək. Ötən mövsüm lisenziyalaşma ilə bağlı müəyyən problemlər oldu. Ona görə də xahiş edirik ki, bu məsələlərdə bir qədər diqqətli olasınız”.
 
Daha sonra klub nümayəndələrinin iştirakı ilə püşkatma keçirildi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.