24 avqust 2012 19:35
“Qarşımıza konkret məqsəd qoyulmasa da, liderlik üçün mübarizə aparacağıq”
Futbol üzrə Azərbaycan birinci divizionunun yeni mövsümündən etibarən mübarizə aparmağa başlayacaq digər komanda “Ağsu” klubudu. Azerisport.az xəbər verir ki, püşkatma mərasimindən sonra “Ağsu” klubunun icraçı drektoru Rəşad Kərimov fikirlərini bölüüb:
“Püşkdə bizə güclü rəqib düşdü. Ancaq biz doğma azarkeşlərimiz önündə qələbə qazanmağa çalışacağıq. Hər bir komanda istəyər ki, çempionatdakı ilk oyununda uğur qazansın. Bizim çox gözəl stadionumuz tikilib istifadəyə verilib. Doğma meydanda ilk qələbəmizi qazanmağa çalışacağıq. Komandanın baş məşqçisi Rüfət Quliyev heyəti tam formalaşdırıb. Heç bir problemimiz yoxdur. Hələ ki, qarşımızda konkret məqsəd qoyulmasa da, liderlik üçün mübarizə aparacağıq. Çempionatda iştirak edən komandalar haqqında bir o qədər də məlumatım yoxdur. Ancaq onu deyə bilərəm ki, ötən mövsümün qalibi “Qaradağ Lökbatan” güclü komandadır”.
