24 avqust 2012 22:28
Cavad Gülər: Dörd oyuna üç xal çox azdı
“Rəvan”ın baş məşqçisi Cavad Gülər Premyer Liqanın 4-cü turunun “Qarabağ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin türkiyəli çalışdırıcısı 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Biz liderə qarşı oynayırdıq. Yaxşı mübarizə oldu. "Qarabağ" neçə mövsümdü heyətini qoruya bilib. Ötən tur böyük hesabla qələbə qazanmışdılar. Yaxşı oyun göstərən komandadı. Bizim də qələbə qazanmaq üçün şansımız var idi. Amma bu dəfə də yararlana bilmədik. Dörd oyuna üç xal çox azdı. İrəlidə 20 gün vaxtımız var. Çalışacağıq ki, Premer Liqada yaranacaq fasilədən maksimum yararlanaq. Transfer etməliyik. Kollektiv oyunumuzu gücləndirəcəyik. Heyəti tam gücləndirdikdən sonra daha da yaxşı oynayacağıq. 4 turda komandamın mübarizəsindən razıyam, ancaq topladığımız xallardan narazıyam. Bizim hədəfimiz ilk altılıqda yer almaqdı. Çalışacağıq bu hədəfimizə çataq".
