24 avqust 2012 10:46

El Klasikoda yenə Barcelona güldü

Futbol üzrə İspaniya Super Kubokunda ilk oyun keçirilib. Azerisport.az xəbər verir ki, qarşılaşma dünyanın iki ən böyük klubu – “Barcelona” və “Real” arasında baş tutub.
 
Maraq üçün xatırladaq ki, “Barcelona” İspaniya kubokunun qalibi olduğu halda, “Real” La Liqanı qazanmışdı. İlk oyun Kataloniyada keçirilib və komandalar “Nou Kamp” stadionunda meydana çıxıblar. İlk yarısı sönük keçən qarşılaşmanın ikinci hissəsində qapılara 5 qol vurulub.
 
Bu oyun “Barcelona” və “Real” arasında 260-cı matç olub. İndiyədək kataloniyalılar 88, madridlilər 86 dəfə qələbəyə sevinib. 86 qarşılaşmada isə qalib müəyyənləşməyib.
 
Bu qarşılaşma Pep Qvardiolanın istefasından sonra baş məşqçi postuna keçən Tito Vilanovanın ilk “El Klasiko”su kimi tarixə düşüb. Ötən ilin avqustunda 5:4 hesabı ilə bitən qarşılaşmada Joze Mourinyo həmin vaxt Qvardiolanın köməkçisi olan Vilanovanın gözünə barmağını soxmuşdu. Bundan başqa “Barcelona”nın yeni transferi Jordi Alba ilk dəfə “El Klasiko”da iştirak edib.
 
Qeyd edək ki, “Barcelona” indiyədək Super Kuboku 10 dəfə qazanıb və kubokun son qalibidi. “Real” isə 8 dəfə qazandığı kuboku sonuncu dəfə 2008-ci ildə muzeyinə apara bilib.
 
Super Kubokun cavab oyunu sentyabrın 30-da Madriddəki “Santyaqo Bernabeu” stadionunda keçiriləcək.
 
İspaniya
Super Kubok
23 avqust
 
Barselona – Real - 3:2
Qollar: Pedro, 56, Messi, 70-pen, Xavi, 77 - Ronaldo, 55, Di Maria, 85.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.