24 avqust 2012 10:53
Azərbaycan yığması Zambiyaya qarşı
Futbol üzrə Azərbaycanın 17 yaşadək qızlardan ibarət yığma komandası iki yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, Sissi Rayt komandasını Zambiya ilə görüşlərdə sınayacaq.
Qarşılaşmalar sentyabrın 2-də və 4-də keçiriləcək. Hər iki oyun Bakıda baş tutacaq.
Qeyd edək ki, bu oyun Azərbaycan yığması üçün DÇ-2012-yə hazırlıq xarakteri daşıyır. Hansı ki, sentyabrın 22-dən oktyabrın 13-dək məhz ölkəmizdə keçiriləcək.
