24 avqust 2012 11:07
Bakının qənimi Lazio ilə bacarmadı
Məlum olduğu kimi, ötən gecə Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarına yekun vuruldu. Azerisport.az xəbər verir ki, bu mərhələdə 62 komanda mübarizə aparır və onlar qrup mərhələsinə vəsiqə qazanacaq 31 komandanı müəyyənləşdirməlidilər.
Onların arasında “Bakı”nı Avroliqada mübarizədən kənarlaşdıran “Mura” da var. Lakin Sloveniya klubu doğma meydanda “Lazio”ya qarşı keçirdiyi oyunda məğlubiyyətlə üzləşib. İtaliya klubu 2 cavabsız qolla qalib gəlib.
Qeyd edək ki, pley-off mərhələsinin cavab oyunları avqustun 30-da keçiriləcək. Həmin görüşdə isə “Mura”nın növbəti sensasiyaya imza atmaq şansı demək olar ki, yoxdu.
Maraq üçün xatırladaq ki, bu komanda “Bakı”nın ardınca Bolqarıstanın CSKA klubunu da mübarizədən kənarlaşdırmışdı. Üçüncü təsnifat mərhələsində Ukraynanın “Arsenal” klubu Sloveniya təmsilçisinə iki oyunda 5 cavabsız qol vursa da, yekun nəticədə mərhələ adlayan “Mura” olmuşdu. Çünki UEFA Ukrayna klubunun ilk oyunda qazandığı 3:0 hesablı qələbəni ləğv edərək, bu komandaya texniki məğlubiyyət vermişdi.
