24 avqust 2012 11:18
FİFA rəsmisi stadionlarımızın ot örtüklərinə baxış keçirir
FİFA və UEFA-nın təbii və süni ot örtüyü üzrə mütəxəssisi Markus Keller ölkəmizə növbəti dəfə səfərə gəlib. Azerisport.az xəbər verir ki, iki günlük səfər çərçivəsində mütəxəssis AFFA tərəfindən Bayıl qəsəbəsində inşa olunmuş stadionun ot örtüyünün qəbul prosesində iştirak edəcək.
O, eyni zamanda FİFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012-nin oyunlarının və məşqlərinin keçiriləcəyi digər stadionların ot örtüyünə baxış edəcək.
