24 avqust 2012 11:35
Qarabağ Rəvanı üç cavabsız qolla məğlub etdi
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən ölkə çempionatında 4-cü tura start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə 1 görüş baş tutub.
“Qarabağ” “Rəvan”la qarşılaşıb. Görüşdə 3 qol vurulub ki, onların da hamısına Ağdam təmsilçisi sevinib.
Əvəzedicilərin çempionatı
4-cü tur
23 avqust
Qarabağ - Rəvan – 3:0
Qollar: Emin İmaməliyev, 53-pen, Tural Rzayev, 60, Toğrul Bilallı, 89.
Hakimlər: Venera Kahriç, Gülyana Güvəndiyeva, Yuliya Larionova, Nail Nəcəfov
Zirə idman kompleksinin stadionu.
