24 avqust 2012 11:26
Daha üç Azərbaycan klubu tarixin yaddaşına köçdü
Bu gün - avqustun 24-də futbol üzrə Azərbaycan birinci divizionunun püşkatma mərasimi keçiriləcək. Azerisport.az xəbər verir ki, mərasim saat 16:00-da AFFA-nın inzibati binasında təşkil ediləcək.
Tədbirdə birinci divizionda çıxış edən klubların nümayəndələri iştirak edəcəklər. KİV nümayəndələri də mərasimə dəvətlidilər.
Qeyd edək ki, birinci divizionda yeni mövsümdən 13 klub mübarizə aparacaq. Onların arasında yeni adlara da rast gəlmək mümkündü. Bunlar “Ağsu” və “Qala” klublarıdı.
Ötən mövsümdə çıxış edən klublardan isə üçü bu mövsüm yarışlara qatılmaqdan imtina ediblər. Bunlar “Karvan”, “MKT-Araz” və “Muğan”dı.
"Qaradağ Lökbatan"
"Neftçala"
"Şahdağ"
"Bakılı"
"Lokomotiv"
"Şəmkir"
"Tərəqqi"
"Şuşa"
"Energetik"
MOİK
"Göyəzən"
"Ağsu"
"Qala"
