25 avqust 2012 00:38

“Bakıda məğlub olsaydıq da, bunun qisasını alardıq”

Kiprin APOEL klubunun futbolçusu Selim Benaşur UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirdikləri ilk oyundan (1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb:
 
- Yəqin ki, “Neftçi”dən belə oyun gözləmirdiniz...
- Mən hesab etmirəm ki, komandanız o qədər də diqqətəlayiq oyun sərgilədi. Sadəcə, oyunun birinci hissəsində üstünlük sizin tərəfinizdə idi. Başqa heç nə. Prinsipcə, bütün komandalar ev oyunlarında belə çıxış edirlər.
 
- Amma komandanızın baş məşqçisi sizinlə müqayisədə tam fərqli fikirlər səsləndirib. O qeyd edir ki, komandasından da belə oyun gözləmirmiş...
- Prinsipcə, o, haqlıdı. Biz bacardığımız oyunu göstərə bilmədik. Buna görə də “Neftçi” daha çox hücum edirdi.
 
- Özü də rəqib sizinlə müqayisədə daha çox qol epizodu yaratdı...
- Əgər biz bacardığımız oyunu sərgiləyə bilsəydik, çətin ki, rəqib belə üstünlük qazana bilərdi. Həm də fasilədən sonra artıq bərabər səviyyəli oyun gedirdi.
 
- Bakılıların yeganə səhvini məhz siz bağışlamadınız. Bu barədə nə deyə bilərsiz?
- Həmin epizodda sadəcə mən itirak edirdim. Şadam ki, belə vacib qarşılaşmada qol vura bildim. 0:1 hesabıyla məğlub olsaydıq, bu, bizim işimizi daha da çətinə sala bilərdi. Amma hətta bu görüşdə məğlub olsaydıq da, yenə bunun qisasını ala bilərdik.
 
- Siz buna belə çox əminsiniz?
- Biz öz meydanımızda daha yaxşı oynayacağıq. Bakıdakı qarşılaşmada o qədər də baxımlı futbol sərgiləyə bilməməyimizi mövsümün əvvəli olması ilə əlaqələndirərdim. Bizdə belə hallar olur. Amma bir həftə sonra tam fərqli olacaq. Biz Avropa Liqasının qrup mərhələsinə düşmək şansımızı əldən vermək istəmirik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.