25 avqust 2012 13:10
Daha bir klubumuz baş məşqçisini istefaya göndərdi
Futbol üzrə Azərbaycan Premyer Liqasının cari mövsümündə növbəti baş məşqçi istefası gerçəkləşib. Azerisport.az xəbər verir ki, "Rəvan" baş məşqçisi Cavad Gülərlə yollarını ayırıb.
Buna komandanın yeni mövsümə uğursuz başlaması səbəb olub. Məsələ burasındadı ki, komanda geridə qalan 4 oyunda cəmi 3 xal qazanıb. Komanda cəmi bir oyunda uduzsa da, qələbəsi də yoxdu.
Uğursuz gedişatın əsas səbəbkarı kimi isə məhz türkiyəli məşqçi hədəf seçilib. Ötən gün "Qarabağ"la oyunda üçüncü heç-heçəyə razılaşan paytaxt klubu çıxış yolunu məhz Güləri istefaya göndərməkdə görüb.
Qeyd edək ki, bu, cari mövsümdə 2-ci baş məşqçi istefasıdı. Gülərdən öncə "Kəpəz"in baş məşqçisi Fuad İsmayılov da istefa vermiş, onun Mahmud Qurbanov əvəzləmişdi.
