25 avqust 2012 00:54
Syerra Leone yığmasında üç “azərbaycanlı” futbolçu
Futbol üzrə Syerra Leone yığmasının Tunislə oyun üçün heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, bu ölkə yığmasının heyətində Azərbaycan Premyer Liqasında çıxış edən üç futbolçu da yer alıb.
Bunlar “Neftçi”nin yarımmüdafiəçisi Julius Vobay, AZAL-ın hücumçusu Viktor İbekoyi və “Rəvan”dan Şerif Sumadı.
Qeyd edək ki, ölkəmizdə çıxış edən daha bir syerra leoneli futbolçu – İbrahim Karqbo da milliyə dəvət alan oyunçulardandı. Amma bu dəfə “Bakı”nın futbolçusuna dəvət göndərilməyib. Daha doğrusu öncə paytaxt klubuna Karqbonu milliyə buraxmaqla bağlı müraciət edən afrikalıların çalışdırıcısı son anda ondan imtina edib.
Sonda onu da bildirək ki, haqqında söhbət açılan qarşılaşma Afrika Millətlər Kubokunun seçmə oyunudu və 8 sentyabr 2012-ci il tarixdə Syerra Leonenin paytaxtı Fritaunda baş tutacaq.
