25 avqust 2012 19:55
Tovuzda dramatik oyunu İnter qazandı (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 4-cü turunda daha bir oyun keçirilib. Azerisport.az xəbər verir ki, ikinci oyun günündə “Turan” “İnter”lə münasibətlərinə aydınlıq gətirib.
Qarşılaşmada hesabı qonaqlar açıblar. Öncə penaltini boşa verən Adamiya sonradan hesabı açmağı bacarıb. Amma meydan sahibləri qalan dəqiqələrdə iki qol vuraraq önə keçiblər. Matçın son saniyələrində isə "bankirlər" daha iki qol vuraraq, əzmkar qələbəyə nail olublar. Bu, bakılıların ilk qələbəsi olub.
Qeyd edək ki, 4-cü turun bir görüşü ilk oyun günündə baş tutub. “Qarabağ” “Rəvan”la qarşılaşmada qolsuz heç-heçəyə razılaşıb.
Bu turun “Xəzər Lənkəran” – “Simurq” və AZAL - "Neftçi" qarşılaşmaları isə təxirə salınıb.
Premyer Liqa
4-cü tur
25 avqust (şənbə)
TURAN – İNTER - 2:3 (0:0)
Qollar: G.Adamiya, 52 (0:1), S,Ballo, 74 (1:1), A.Məmmədov, 82 (2:1), V.Levin, 89 (2:2), T.Şütz, 90+2 (2:3).
Hakimlər: Rəhim Həsənov, Ramiz Əsədov, Elman Musayev, Teymur Fərhadov
Tovuz. Şəhər stadionu.
Oyun başladı
İlk dəqiqələrdə mübarizə əsasən meydanın mərkəzində keçir
Asif Məmmədov əlverişli vəziyyətdə qapıya dəqiq zərbə vura bilmir
Qazonun pis vəziyyətdə olması "İnter"in oyununa təsirsiz ötüşmür
Abatsiyev sarı vərəqə alır
Beş dəqiqə içində S.Ballo iki dəfə rəqib qapısına yol tapa bilərdi
"Turan" ilk yarının sonlarında çox fəallaşıb
Rukavina Lomaya ilə üz-üzə qalsa da, qapıya yol tapa bilmir
Rəhimovun baş zərbəsi qapıdan aralı keçir
"Turan" hücumda daha fəaldı
Ballonun baş zərbəsi qapı çatından dönür
Cərimə meydançasında əllə oyuna görə "Turan"ın qapısına penalti təyin olunur
Adamiya penaltini boşa verir: Popoviç onun zərbəsini dəf edir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Ballo "İnter" müdafiəsini gərginlikdə saxlamaqda davam edir. O, Lomaya ilə üz-üzə qalsa da, fərqlənə bilmir
Ballonun daha bir zərbəsini Lomaya kornerə çıxarır
Şützün təhlükəli zərbəsi qol gətirmir
Əvəzində Adamiya fərdi ustalığını işə salaraq, hesabı açır - 0:1
"Inter" qoldan sonra da hücumlarını davam etdirir
Asif Məmmədov ikinci qolu vurmaq şansını qaçırır
Qonaq komandada Niasseni Abramidze əvəzləyir
"Turan" yenidən üstünlüyü ələ keçirməyə başlayıb
Ballo nəhayət ki, "İnter"in qapısına yol tapır - 1:1
"Turan" hücumlarını davam etdirir
Azər Məmmədov baş zərbəsi ilə "Turan"ı hesabda önə keçirir - 2:1
Levin hesabı bərabərləşdirir - 2:2
"İnter" son saniyələrdə qələbə qolunu da vurmağa imkan tapır - 2:3
Matç başa çatdı
TURAN: 28. Andrey Popoviç, 4. Levan Çxetiani, 6. Mikayıl Rəhimov, 7. Azər Məmmədov, 9. Murad Ağakişiyev, 10. Hafiz Əliyev (k), 14. Aleksandr Qoqoberişvili, 17. Fərmayıl Əliyev, 21. Antonio Rukavina, 22. Salif Ballo, 23. İrakli Beraya.
Ehtiyat oyunçular: 27. Natiq Sərhətov, 5. Fərid Quliyev, 11. Qoqi Pipia, 12. Emin Mirzəliyev, 13. Bayram Kərimov, 19. Asəf Qədiri, 20. İlkin Sadıqov.
İNTER: 1. Georgi Lomaya, 5. Slavço Georgiyevski, 10. Georgi Adamiya, 11. Asif Məmmədov, 15. Vladimir Levin (k), 20. Brüs Abdulay, 21. Arif Daşdəmirov, 23. Tales Şütz, 25. İbrahima Niasse, 47. Abdulla Abatsiyev, 77. Ruslan Əmircanov.
Ehtiyat oyunçular: 74. Revaz Tevdoradze, 4. Valeri Abramidze, 6. Samir Zərgərov, 7. Ramil Mansurov, 8. Nizami Hacıyev, 9. Daniel Genov, 87. Haynts Barmettler.
4-cü turun daha iki qarılaşması sabah keçiriləcək: Bakı – Kəpəz, Qəbələ – Sumqayıt.
1
4
2
2
0
8-2
8
3 - Z.Benuahi (AZAL), J.Nildo (AZAL)
2 - C.İmamverdiyev (Neftçi), Z.Popoviç (Simurq)
