25 avqust 2012 01:35
Xəzər Lənkəran Simurqa evdə uduzdu, İnter Turana 6 qol vurdu
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan Azərbaycan çempionatında 4-cü turun növbəti oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.
“Xəzər Lənkəran” evdə “Simurq”a məğlub olub. Elə günün digər oyununda da meydan sahibləri uduzan tərəf olub. Amma “Turan” “İnter”ə daha biabırçı hesabla yenilib.
Əvəzedicilərin çempionatı
4-cü tur
24 avqust
Xəzər Lənkəran – Simurq – 0:1
Qol: Oruc Balaşlı, 70.
Hakimlər: Camaləddin Hacıyev, Rahin Heybətov, Mahir Alferinov, Şahin İsayev
Lənkəran şəhər mərkəzi stadionu, ehtiyat meydança.
Turan – İnter – 1:6
Qollar: Emil Müsəllimli, 67-pen - Ruslan Cəfərov, 28, Ramil Mansurov, 35; 38; 44, Aleksandr Qross, 55, Qurbanəli Əliyev, 78.
Hakimlər: Anar Niyazov, Şakir Quliyev, Mirzə Fərzəliyev, Taleh Məmmədov
Tovuz şəhər olimpiya idman kompleksinin stadionu.
