25 avqust 2012 13:52
Nuri Şahin rəsmən Liverpoolda
Türkiyə yığmasının və İspaniyanın “Real” klubunun yarımmüdafiəçisi Nuri Şahin bundan sonra karyerasını İngiltərədə davam etdirəcək. Azerisport.az xəbər verir ki, son günlərdə onun “Arsenal”a keçidi gündəmdə idi.
Amma türkiyəli futbolçu “Arsenal”a yox, “Liverpool”a keçib. Belə ki, “qırmızılar” Nurini “Real”dan mövsümün sonuna qədər icarəyə götürüb.
Qeyd edək ki, 23 yaşlı ulduz futbolçu ötən yay “Borussia” (Dortmund) ilə Almaniya çempionu olduqdan sonra “Real”a transfer olmuşdu. Amma o, İspaniya klubunda özünü göstərə bilməmiş və daha çox ehtiyatda qalmışdı.
