26 avqust 2012 22:30
Almaniya çempionatı: Son çempion və Bayern mövsümə qələbə ilə başladı (YENİLƏNİB)
Futbol üzrə Almaniya çempionatında 2012/13 mövsümünə start verilib. Azerisport.az xəbər verir ki, yeni mövsümün açılış turunun ilk oyun günündə bir qarşılaşma baş tutub.
Mövsümün açılış matçında son çempion “Borussia” (Dortmund) evdə “Werder” ilə qarşılaşıb. Gərgin keçən görüşün sonunda gülən tərəf meydan sahibləri olub.
Turun əksər qarşılaşmaları ikinci oyun gününə təsadüf edib. “Augsburg” evdə “Fortuna”ya, “Hamburger” “Nurnberg”ə, “Stuttgart” “Wolfsburg”a məğlub olub. “Freiburg” “Mainz” görüşündə tərəflər xalları yarı bölüblər. “Greuther Furth”ün qonağı olan “Bayern” darmadağına sevinib. “Borussia” (Münhenqladbax) “Hoffenheim”, “Eintracht” isə “Bayer” üzərində qələbəyə sevinib.
Turun son oyun günündə isə “Hannover” “Schalke” ilə qarşılaşıb. Qarşılaşma məhsuldar alınsa da, qalib müəyyənləşməyib.
Almaniya Bundesliqası
1-ci tur
24 avqust
Borussia (Dortmund) – Werder – 2:1
Qollar: Reus, 11, Qotse, 81 – Selassie, 75.
25 avqust
Augsburg - Fortuna - 0:2
Qollar: D.Şahin, 69; 79.
Freiburg - Mainz - 1:1
Qollar: Kruse, 49 - İvanşiç, 65-pen.
Greuther Furth - Bayern - 0:3
Qollar: Müller, 43, Mandzukiç, 59, Robben, 79.
Hamburger - Nurnberg - 0:1
Qol: Balitş, 68.
Borussia (Münhenqladbax) - Hoffenheim - 2:1
Qollar: Hanke, 33, Aranqo, 79 - Firmino, 67.
Eintracht - Bayer - 2:1
Qollar: Ayqner, 57, Laniq, 82 - Kislinq, 29.
Stuttgart - Wolfsburg - 0:1
Qol: Dost, 90.
Matçın 88-ci dəqiqəsində meydan sahiblərinin heyətində İbişeviç penaltidən yararlana bilməyib
26 avqust
Hannover - Schalke - 2:2
Qollar: Felipe, 43, Niki, 80 - Huntelaar, 52, Holtbi, 64.
