25 avqust 2012 14:55
Yığmamızın rəqibi Bakıdakı oyun öncəsi ciddi itki ilə üzləşdi
Futbol üzrə İsrail yığması ciddi itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan bu komandanın müdafiəçisi Beram Kayal zədələnib.
Şotlandiyanın “Celtic” klubunun şərəfini qoruyan futbolçunun zədəsinin ciddi olduğu bildirilir. Bu üzdən onun ən azı bir ay yaşıl meydanlardan uzaq qalacağı dəqiqdi.
Qeyd edək ki, İsrail yığması sentyabrın 7-də seçmə mərhələdəki ilk oyununu Bakıda Azərbaycan millisinə qarşı keçirəcək. Belədə, Beram Kayalın həmin görüşə qədər sıraya dönüşü baş tutmayacaq.
