25 avqust 2012 15:17
AZAL - Neftçi matçı təxirə salındı
Premyer Liqanın 4-cü turunun AZAL – “Neftçi” matçı ilə əlaqədar gözlənilən qərar verilib. Azerisport.az xəbər verir ki, Peşəkar Futbol Liqası sözügedən qarşılaşmanın təxirə salındığını rəsmən açıqlayıb:
“UEFA Avropa Liqasının pley-off mərhələsinin 30.08.212-ci il tarixində APOEL və "Neftçi" komandaları arasında cavab oyunu keçiriləcək. "Neftçi"nin bu oyuna daha yaxşı hazırlaşmasını nəzərə alaraq Premyer Liqanın 4-cü turunun 26.08.2012-ci il tarixində keçiriləcək AZAL - "Neftçi" matçı təxirə salınır”.