25 avqust 2012 15:44

Vüqar Nadirov: Deməzdim ki, bu, Qarabağın xeyrinə işləyəcək

Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın hücumçusu Vüqar Nadirov Premyer Liqanın 4-cü turunun “Rəvan”la oyunundan (0:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Rəvan”la oyunda xal itirəcəyinizi gözləyirdinizmi?
- Bu, bizim planlarımıza daxil deyildi. “Rəvan” yaxşı komandadı. Amma bu komanda ilə görüşdə xal itkisi bizim üçün arzuolunan deyildi. Ələ düşən qol epizodlarını dəyərləndirmirsənsə, belə də olur.

 
- “Qarabağ”ın qol epizodları elə də çox deyildi. Bəlkə rəqibin üç turdan sonra autsayderlər sırasında olması səbəbindən “Rəvan”ı düzgün qiymətləndirməmişdiniz?
- Qətiyyən. Sadəcə, rəqib bizim oyunumuzu yaxşı analiz etmişdi. Onlar bizim hücumlarımızı elə mərkəzdəcə qarşılamaqla qapılarına yaxın buraxmamağa çalışırdılar.
 
- Bəlkə “Qarabağ” özü hücumda daha aqressiv deyildi?
- Deməzdim ki, komandamızın oyuna köklənməsində hansısa çatışmazlıq vardı. Elə bundan öncə “Sumqayıt”la oyunda 6 qol vurmuşduq. Oyundan-oyuna fərqlər olur. “Sumqayıt”la görüşdə də bir neçə qol epizodunu boşa vermişdik.
 
- Artıq bütün klublar xeyli oyun keçiriblər. Sizcə, qızıl medallara əsas namizədlər kimlərdi?
- Rəqabət çox böyükdü. Əsas iddialılar altılıq mərhələsi başlayanda müəyyənləşəcək. Əsas odu ki, biz sona qədər arxayınlaşmayaq.
 
- DÇ-2014-ün seçmə mərhələsinin oyunları ilə əlaqədar üç həftəlik fasilə yaranacaq. Sizcə, bu, xeyrinizə olacaq?
- Mən deməzdim ki, bu, “Qarabağ”ın xeyrinə işləyəcək. Komandamız indi pis oyun sərgiləmir. Amma rəqiblərimiz vaxt qazanmış olacaqlar. Digər tərəfdən yığmanın oyunlarını da təxirə salmaq olmaz. Bizi İsrail və Portuqaliya ilə çətin və vacib oyunlar gözləyir. Ümid edirəm ki, yığmanın düşərgəsindən yaxşı əhval-ruhiyyədə qayıdacağıq və Premyer Liqada da xallar qazanmağa davam edəcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.