25 avqust 2012 18:28
İrakli Beraya rəsmən Turanda
Mahmud Qurbanovun “Kəpəz”dən kənarlaşdırdığı İrakli Berayanın yeni klubu müəyyənləşib. Azerisport.az xəbər verir ki, gürcü futbolçu “Turan”a keçib.
Tovuz klubu artıq Berayanın adını sifariş ərizəsinə salıb. İraklı bu gün “İnter”lə keçirilən oyunda meydana start heyətində çıxıb. O, 23 nömrəli futbolkanı geyinəcək.
Maraq üçün qeyd edək ki, İrakli Premyer Liqamızın cari mövsümünün ilk qolunun müəllifidi. O, bu qolu açılış turunda "Kəpəz"in heyətində məhz yenicə keçdiyi "Turan"a vurmuşdu. Amma yekunda qələbə Tovuz klubuna nəsib olmuşdu - 2:1.
