25 avqust 2012 20:09
Azərbaycan yığmasının finaldakı rəqibi müəyyənləşdi
Xəbər verdiyimiz kimi, Litvanın Palanqa şəhərində təşkil olunmuş ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması qrupda birinci yeri tutub. Azerisport.az xəbər verir ki, bu gün belaruslu həmyaşıdları ilə qarşılaşan yığmamız 1:1 hesablı heç-heçə sayəsində turnirin finalına vəsiqə qazanıb.
Sabah – avqustun 26-da, Bakı vaxtı ilə saat 16:00-da keçiriləcək final qarşılaşmasında komandamızın rəqibi Litva yığması olacaq.
Xatırladaq ki, turnirdəki ilk oyununda futbolçularımız Latviya yığmasını 2:0 hesabı ilə məğlubiyyətə uğratmışdı.
