25 avqust 2012 20:30
Bakı evdə uduzdu, Qələbə xal itirdi, Neftçi qazandı
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan Azərbaycan çempionatında 4-cü tura yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə 3 görüş baş tutub.
AZAL – “Neftçi” görüşündə son çempion səfər qələbəsinə sevinib. “Bakı” isə evdə “Kəpəz”ə məğlub olub. “Qəbələ” – “Sumqayıt” görüşündə də tərəflər xal bölgüsünə razılaşıblar.
Turun digər qarşılaşmaları əvvəlki günlərdə keçirilmişdi.
Əvəzedicilərin çempionatı
4-cü tur
25 avqust
AZAL – Neftçi – 1:3
Qollar: Orxan Səfiyaroğlu, 15 - Kənan Manafov, 6, İlham Allahverdiyev, 81, Elşən Abdullayev, 89.
Hakimlər: Namiq Bəkirov, Ruslan Quliyev, Rəvan Həmzəzadə, Səbuhi Sultanov
Bakı. AZAL Arena.
Bakı – Kəpəz – 1:2
Qollar: Vadim Abdullayev, 90+5-pen. - Coşqun Süleymanov, 20, Nicat Əliyev, 66.
Hakimlər: Elnur Muradov, Ülviyyə Mustafayeva, Maya Nəbiyeva, Nail Nağıyev
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
Qəbələ – Sumqayıt – 1:1
Qollar: Salman İbrahimov, 76 - Ruslan Nəsirli, 42.
Hakimlər: Fərid Məmmədov, Qəzənfər Məmmədov, Rəşad Abbasov, Ziya Nəsirov
Qəbələ. Şəhər stadionu, ehtiyat meydança.
1
4
3
1
0
13-3
10
Ramil Mansurov (İnter) - 8 qol
Raul Yaqubzadə (Bakı) - 4 qol
