25 avqust 2012 20:27
“Bəzi futbolçuları komandadan uzaqlaşdıracağıq”
“Turan”ın baş məşqçisi Əsgər Abdullayev Premyer Liqanın 4-cü turunun “İnter”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, tovuzluların çalışdırıcısı 2:3 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
"Hesabda irəlidə olmağımıza baxmayaraq, məğlub olduq. Müdafiəmiz yox kimi idi. Zəif çıxış etdik. Bunun üzərində işləyəcəyik. Bəzi futbolçuları komandadan uzaqlaşdıracağıq".
