26 avqust 2012 21:51

Qəbələdən darmadağın, Bakıdan ilk qələbə (YENİLƏNİB)

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 4-cü tura yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma baş tutub.
 
“Qəbələ” doğma meydanda “Sumqayıt”la üz-üzə gəlib. Hesabı qonaqlar açsa da, meydan sahibləri sonda darmadağına seviniblər. “Bakı” isə “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirib. "Zolaqlılar" cari mövsümdə ilk qələbələrini qazanarkən, qonaqlar ardıcıl dördüncü məğlubiyyətlərinə üzülüblər. Halbuki, Gəncə klubu Mahmud Qurbanovla debüt matçında ən azı bir xal qazanmaq ümidində idi.
 
Bu turun “Xəzər Lənkəran” – “Simurq” və AZAL - "Neftçi" qarşılaşmaları da təxirə salınıb.
 
Premyer Liqa
4-cü tur
26 avqust (bazar)
 
BAKI – KƏPƏZ - 3:1 (1:0)
Qollar: N.Novruzov, 19 (1:0), V.Mantsios, 47 (2:0), Y.Fomenko, 54-pen (2:1), V.Mantsios, 75 (3:1).
Hakimlər: Elvin Əsgərov, İlham Əliyev, Knyaz Əmiraslanov, Anar Salmanov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
 
Oyun başladı
Novruzovun zərbəsini qapıçı tutur
Juniorun uzaqdan zərbəsi dəqiq alınmır
R.Hacıyev "Kəpəz"in qapısına yol tapmağa yaxın olsa da, rəqibi "bağışlayır"
T.Hüseynli qısa müddət ərzində iki sarı vərəqə alaraq, "qırmızı" ilə meydandan qovulur və "Kəpəz"i azlıqda qoyur
Mantsiosun zərbəsini Radoş ilk cəhddə dəf etsə də, Novruzovun təkrar cəhdinin qarşısını ala bilmir - 1:0
Mantsios inanılmaz qol epizodundan yararlana bilmir
Meydan sahibləri oyuna tam nəzarət edən tərəfdi
Mahmud Qurbanov ilk əvəzetməsini erkən etməli olur: Paşayevin əvəzində meydana N.Svejentsev çıxır
Juniorun zərbəsi dəqiq olmur
Hacıyevin də zərbəsi qapıdan aralı keçir
Məmmədov bakılıların hücumunun qarşısını əllə aldığı üçün sarı vərəqə alır
Mantsios qapıçı ilə üz-üzə olsa da, yenə qol vurmaq şansını qaçırır
Fomenkonun zərbəsini qapıçı dəf edir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Mantsios nəhayət ki, qol vura bilir - 2:0
"Bakı"nın futbolçularından biri cərimə meydançasında əllə oynadığı üçün penaltiyə səbəb olur
Fomenko penaltini dəqiq yerinə yetirir - 2:1
Karqbonun səhvi az qala hesabın bərabərləşməsi ilə nəticələnəcəkdi, son anda qapıçı qola imkan vermir
Bandoviç E.Məmmədovu döyüşə atır
Novruzovun daha bir qol vurmasına Radoş mane olur
Şoliçin cərimə zərbəsi dəqiq alınmır
"Bakı"da Şoliçi Çesnauski əvəzləyir
Mantsios da ikinci qol vurmaq şansından yararlana bilmir
Mantsios özünün ikinci, komandasının üçüncü qolunu vurur - 3:1
Popxadzeni D.İvanov əvəzləyir
"Kəpəz"də E.Əliyev yerini E.Əzizova verir
Hüseynov Novruzova qarşı kobudluğa görə sarı vərəqə alır
Novruzovun zərbəsini Radoş dəf edir
Matç başa çatdı
 
BAKI: 82. Edin Nuredinovski, 6. İbrahim Karqbo, 8. Junior Xavier Vilson, 15. Cəmşid Məhərrəmov (k), 19. Nurlan Novruzov, 22. Vangelis Mantsios, 24. Nenad Kovaçeviç, 25. Şəhriyar Əliyev, 27. George Popxadze, 77. Aleksandar Soliç, 99. Rəhman Hacıyev.
Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 3. Denis İvanov, 7. Deyvidas Çesnauski, 10. Mario Lukas Horvat, 11. Elvin Məmmədov, 21. Novruz Məmmədov, 36. Uinston Parks.
KƏPƏZ: 1. İvan Radoş, 2. Nicat Məmmədov, 3. Təbriz Hüseynli, 4. Azər Məmmədov (k), 6. Məhərrəm Hüseynov, 7. Pərvin Paşayev, 8. Elvin Həsənəliyev, 10. Armand Feutçin, 15. Şahin Kərimov, 20. Emin Əliyev, 30. Yuri Fomenko.
Ehtiyat oyunçular: 16. Xəyal Zeynalov, 19. Atin Abdullayev, 11. Ziyabil Məmmədov, 17. Ceyhun Əhmədov, 14. Elxan Əzizov, 18. Nikolay Svejentsev, 9. Bəxtiyar Soltanov.
 
QƏBƏLƏ – SUMQAYIT - 4:1 (1:1)
Qollar: R.Qurbanov, 18 (0:1), Da Silva, 33 (1:1), O.Kalabane, 54 (2:1), R.Abdullayev, 56 (3:1), O.Kalabane, 74 (4:1)
Hakimlər: Orxan Məmmədov, Rza Məmmədov, Azər Əsgərov, Əliyar Ağayev
Qəbələ. Şəhər stadionu.
 
Oyun başladı
Hər iki komanda ilk dəqiqələrdən fəaldı
M.Doymuş sarı vərəqə ilə cəzalanır
"Sumqayıt" əla qol epizodunu dəyərləndirə bilmir
Qurbanov əla zərbə ilə qonaqları hesabda önə keçirir - 0:1
Dodonun zərbəsi hədəfə düşmür
Assisin zərbəsini Səlahət asanlıqla tutur
M.Ağayevin zərbəsi rəqib qapıçıda qalır
Da Silva hesabı bərabərləşdirir - 1:1
Komandalar hissənin sonunda da fəaldılar. Amma qapılar qarşısında real qol vəziyyəti yoxdu
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Kamananın zərbəsi dəqiq alınmır
Meydan sahibləri ilk yarı ilə müqayisədə ikinci hissədə daha fəaldılar
Kalabane meydan sahiblərini hesabda önə keçirir - 2:1
İki dəqiqə sonra Abdullayev baxımlı qola imza atır - 3:1
Qonaqlar məğlubiyyətdən yaxa qurtarmaq üçün hücuma atılıblar
Pərdisin cərimə zərbəsi qapıdan yan keçir
Qonaqların əla hücumu zamanı Pərdisin zərbəsini qapıçı qaytarsa da, Əliyev təkrar zərbə ilə topu tora qovuşdurur. Amma hakimlər ofsayd qeydə alır
Kalabane özünün ikinci, komandasının dördüncü qoluna imza atır - 4:1
Dodonun zərbəsi qapının üstündən keçir
Kamananın zərbəsini Səlahət dəf edir
Matç başa çatdı
 
QƏBƏLƏ: 25. Dieqo Silva Kosta8. Bruno Da Silva, 10. Dodo, 11. Yannik Kamanan, 15. Omar Kalabane, 18. Aleksandr Çertoqanov (k), 22. Lorival Rodriqes Assis, 27. Rəşad Abdullayev, 34. Ürfan Abbasov, 84. Deyan Kelhar, 88. Nodar Məmmədov.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 3. Vurğun Hüseynov, 9. Viktor Mendi, 20. Rəşid Əmiraslanov, 21. Elmar Baxşıyev, 23. Şəhriyar Xəlilov, 99. Amil Yunanov.
SUMQAYIT: 1. Səlahət Ağayev, 2. Slavik Alxasov, 4. Samir Abasov (k), 5. Murat Doymuş, 7. Fərcad-Azad Pərdis, 9. Orxan Əliyev, 10. Ceyhun Sultanov, 13. Murad Ağayev, 22. Erdal Çelik, 27. Ramil Həşimzadə, 91. Ruslan Qurbanov.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 6. Tamer Taktak, 8. Aqşin Muxtaroğlu, 11. Sabir Allahquliyev, 21. Məhəmməd Mirzəbəyov, 50. Murad Hüseynov, 77. Elçin Xəlilov.
 
Turun digər oyunlarının nəticələri: Qarabağ – Rəvan – 0:0, Turan – İnter – 2:3.
 
1
4
2
2
0
8-2
8
 
2
3
2
1
0
7-3
7
 
3
4
2
1
1
6-5
7
 
4
3
1
2
0
5-1
5
 
5
3
1
2
0
4-1
5
 
6
4
1
2
1
4-4
5
 
7
3
1
2
0
4-2
5
 
8
4
1
1
2
5-12
4
 
9
2
1
0
1
3-1
3
 
10
4
0
3
1
3-5
3
 
11
4
1
0
3
4-8
3
 
12
4
0
0
4
2-11
0
 
 
Bombardirlər:
3 - Z.Benuahi (AZAL), J.Nildo (AZAL)
2 - C.İmamverdiyev (Neftçi), Z.Popoviç (Simurq)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.