27 avqust 2012 02:14
Yığmamızın hücumçusu debüt edə bilmədi (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Cihan Özkara Türkiyənin “Erciyesspor” klubunun heyətində ilk rəsmi matçına çıxmaq istəyi baş tutmayıb. Azerisport.az xəbər verir ki, millimizin üzvü qardaş ölkənin PTT birinci liqasının 1-ci turunun “Ankaragücü” ilə matçının iştirakçısı olmayıb.
Qeyd edək ki, Cihan Kayseri klubuna bu yay “Sivasspor”dan keçib. O, burda bir neçə yoxlama matçı keçirsə də, hələlik rəsmi görüşlərdə meydana çıxmayıb. Ötən gün baş tutan yeni mövsümün ilk turunun görüşündə Cihanın da meydana çıxması gözlənilirdi. Amma qeyri-məlum səbəblərdən o, bu görüşdə forma geyməyib. Maraqlıdı ki, Özkaranın adı ümumiyyətlə matçın iştirak ərizəsinə daxil edilməyib.
Oyuna gəlincə, Kayseri klubu doğma meydanda qəbul etdiyi “Ankaragücü” üzərində əzmkar qələbəyə sevinib. 28-ci dəqiqədə hesabda geri düşən Cihanın komandası fasilədən sonra vurulan iki qolla qələbə qazanıb.
PTT birinci liqası
1-ci tur
26 avqust
Erciyesspor – Ankaragücü – 2:1
