27 avqust 2012 00:35
Yığmamızın forvardı yenə də oynamadı, komandası qalib gəldi (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vüqar Əsgərovun çıxış etdiyi “Metallurg” Latviya çempionatında növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, Liepaya klubu ölkə çempionatının 25-ci turu çərçivəsində “Gulbene” ilə görüşüb.
Qarşılaşma doğma meydanda keçirilib. Liepayalılar bu amildən maksimum yararlanaraq, qələbə qazanıblar.
Son oyunlarda bir qayda olaraq ehtiyatda qalan millimizin forvardı bu dəfə də oynamayıb. Özü də Əsgərovun adın heç bu matçın iştirak ərizəsinə də salınmayıb. “İnter”in sabiq hücumçusu Girt Karlson və “Qəbələ”nin eks qapıçısı Pavel Doroşev isə bu oyuna da start heyətdə çıxıb.
Qeyd edək ki, hazırda Liepaya klubu 24 oyundan sonra 45 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb və ehtiyatda bir oyunu var.
Latviya çempionatı
25-ci tur
26 iyun
Metallurg – Gulbene – 3:1
