25 avqust 2012 11:54
Vurğun Hüseynov: Onlar bizə asanlıqla üç xal verməz
“Qəbələ”nin müdafiəçisi Vurğun Hüseynov Premyer Liqanın 4-cü turunun “Sumqayıt”la oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Ötən tur biz böyük hesabla məğlub olduq. Baxmayaraq ki, belə məğlubiyyətə layiq deyildik. Sadəcə, bizim oyunumuz alınmadı. “Sumqayıt”la oyun həmin görüşdəki səhvlərimizi aradan qaldırmaq üçün bir şansdı. Bizə xal ehtiyatımızı yaxşılaşdırmaq üçün mütləq qələbə qazanmaq lazımdı. Amma bizi çətin oyun gözləyir. Çünki bu komanda bizə asanlıqla üç xal verən deyil”.