25 avqust 2012 12:14
Ağasəlim Mircavadov: Neftçi səfərdə ağıllı futbol oynamalıdı
Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov azerisport.az saytına müsahibəsində “Neftçi”nin Kipr APOEL-i ilə Avropa Liqasındakı mübarizəsindən danışıb.
- “Neftçi”nin APOEL-lə ilk oyunu barədə nə deyə bilərsiz?
- Oyun planında “Neftçi” rəqibindən daha yaxşı təsir bağışladı. Aşkar görünürdü ki, meydan sahibləri qələbə qazanmağı daha çox istəyirdilər. Həmçinin APOEL-in də süni örtükdə oynamağa alışmadığını hiss etmək olurdu. Fikrimcə, “Neftçi”də azacıq aqressivlik çatışmadı. Hücum etmək, hədəfə çatmaq lazım idi.

- Buraxılan qolda qapıçının günahı var idi?
- Onun komandanı neçə dəfə xilas etdiyini də nəzərə almaq lazımdı. Stamenkoviç yaxşı oynadı. Həmin qolda günahkar axtarmağa dəyməz. Çünki hələ qarşıda cavab oyunu var. Hər şeyə həmin oyunda aydınlıq gələcək. “Neftçi”nin qrup mərhələsinə düşmək üçün əla şansı var.

- Vobayla Ramosun oyunu barədə fikirləriniz necədi?
- Yaxşı oynadılar. Amma onlara hələ də vaxt lazımdı. Bir neçə ay sonra “Neftçi”nin daha güclü oyun sərgilədiyini görəcəksiz. Ümid edirəm ki, həmin vaxt “Neftçi”ni məhz Avropa Liqasının qrup mərhələsində görəcəyik. Bu komandada sadəcə müdafiəni gücləndirmək lazımdı. Çünki yeganə zəif yer məhz arxa xətdi.

- Flavinyonun indiki çıxışı məyus etmir?
- Mənə elə gəlir ki, məşqçilər onunla ciddi söhbət etməlidilər. Komandanın lideri belə vacib oyunlarda mütləq öz sözünü deməlidi. Azərbaycan çempionatında ən yaxşı olmaq asandı. Bunu avrokuboklarda da isbatlamaq lazımdı. Flavinyo komandasını düşünməyə borcludu. “Neftçi”də oyunun taleyini təkbaşına dəyişə biləcək futbolçu yoxdu. Ona görə də komanda futbolu sərgiləmək lazımdı.

- APOEL evdə tam fərqli futbol oynayacaq. Sizcə, “Neftçi” buna hazırdı?
- Həqiqətən də Kiprdə oynamaq asan olmayacaq. Orda azarkeşlər də çox aqressivdilər. Komandalarını güclü dəstəkləyirlər. Yəqin ki, “Neftçi” ilə oyunda da boş yer qoymayacaqlar. İlk oyunda da komandaları düzgün oynadı, lazım olan səfər qolunu vurdu.

- Sizcə, “Neftçi” cavab matçında necə oynamalıdı?
- İlk növbədə birinci oyunun nəticəsini unutmaq lazımdı. “Neftçi” cavab matçında Bakıdakından daha yaxşı oynamağa borcludu. Futbolçular güclərinə inanmalıdılar. APOEL-i hətta qolsuz heç-heçə də sərf edir. Ona görə də xoşbəxtliyi rəqib qapısında axtarmaq lazımdı. İndi rəqib düşünür ki, “Neftçi” səfərdə müdafiə olunacaq və əks-hücumlara üstünlük verəcək. Mümkündü ki, bu, yaxşı variantdı. Amma ağıllı oynamaq lazımdı.