25 avqust 2012 19:08
Yığmamız Belarusla sülhə razılaşdı (YENİLƏNİB)
Bu gün Litvada 17 yaşadək futbolçulardan ibarət yığmalar arasında təşkil olunan Palanqa turnirində növbəti oyunlar keçirilib. Azerisport.az xəbər verir ki, turnirdə qüvvəsini sınayan Azərbaycan millisi də ikinci oyununa məhz bu gün çıxıb.
U-17 ənənəvi turnirdəki ikinci görüşünü Belarusa qarşı keçirib. Təbriz Həsənovun yetirmələri yenə müsbət nəticə qazanmağı hədəfləsələr də, qələbə qazana bilməyiblər. Hesabı erkən qolla Belarus açıb. Amma fasiləyə qədər yığmamız hesaba tarazlıq gətirib. Futbolçularımızın ikinci hissədəki cəhdləri isə faydasız qalıb.
Qeyd edək ki, Azərbaycan millisi bu turnirdəki ilk oyununu Latviyaya qarşı keçirmiş və 2:0 hesabıyla qalib gəlmişdi.
Palanqa turniri
25 avqust
BELARUS – AZƏRBAYCAN - 1:1 (1:1)
Oyun başladı
3. Belaruslular erkən qola imza atırlar - 1:0
40. Millimizin heyətində Ülvi İbazadə hesabı bərabərləşdirir - 1:1
Birinci hissə başa çatdı
İkinci hissə başladı
80. Belarus yığmasının futbolçusu qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyur
Matç başa çatdı
