25 avqust 2012 19:58
Cavid oynadı, komandası mövsümə 1 xalla start verdi (YENİLƏNİB)
Bu gün Türkiyənin futbol üzrə PTT birinci liqasında ilk turun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, mövsümün açılış matçında futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Cavid Hüseynov da çıxış edib.
Çünki ilk oyunda məhz onun şərəfini qoruduğu “Adana Demirspor”la “Boluspor” qarşılaşıb. Görüş səfərdə - Boluda keçirilib.
Cavid mövsümün ilk matçında start heyətdə meydana çıxıb. O, qarşılaşmanın 81-ci dəqiqəsində əvəzlənib.
Türkiyə PTT birinci liqası
1-ci tur
25 avqust
Boluspor - Adana Demirspor - 0:0 (0:0)
Oyun başladı
Cavid ilk dəqiqələrdən meydandadı
Millimizin üzvü öncədən də məlum olduğu kimi, 25 nömrəli forma ilə mübarizə aparır
İlk yarım saat ərzində futbolçumuz hələ ki, ciddi nə iləsə yadda qalmayıb
Birinci hissə başa çatdı
İkinci hissə başladı
61-ci dəqiqədə Cavid cərimə meydançasının içindən qapıya qüvvətli zərbə endirsə də, rəqib qapıçı komandasını real qoldan xilas etdi
81-ci dəqiqədə Samed Kartal Cavid Hüseynovu əvəzləyir
Matç başa çatdı
